Kateqoriyasız

Ağdamlını Ağdam klubundan getməyə MƏCBUR ETDİLƏR

"Qarabağ"dan gözlənilmədən ayrılan Vüqar Nadirovla bağlı maraqlı xəbər əldə etmişik.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Ağdam klubu yetirməsini komandadan ayrılmasına məcbur edib. Belə ki, aldığı məvacibdən olduqca aşağı bir məbləğlə yeni müqavilə təklif edən "Qarabağ"ın bu planı baş tutub. Nadirov artıq istənilməyən yerdə qalmamaq qərarına gəlib və o, komandanın irəli sürdüyü sözləşməni geri çevirib.

Hətta futbolçu klub rəsmiləri ilə görüşlərində ona təklif olunan müqavilədə göstərilən əməkhaqqının digər əsas heyətə düşməyən futbolçularınkından aşağı olmasına etiraz edib.

Ancaq onu da qeyd edək ki, Qurban Qurbanov əvvəlki formasından uzaq olan Nadirovu komandada görmək istəmirdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43