Dünya futbolu

Agenti təsdiqlədi: “Qarabağ”dan ona təklif gəlib”

“Qarabağ”ın müqavilə təklif etdiyi iddia edilən “Trapani”nin hücumçusu Nikola Çitronun agenti Alberto Berqossi açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, agent hücumçu ilə Ağdam klubunun maraqlandığını təsdiq edib:

“Çitroya Azərbaycandan təklif gəldiyini təsdiq edirəm. “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Yanvar ayında dostum Massimo Fikkadentinin çalışdırdığı Yaponiyanın “Saqan Tosu” klubundan da maraq var idi və onlarla əlaqəm olmuşdu. Fikkadentinin mənə zəng vuraraq Çitronu istəməsinə heyran qalmışdım. Nikola isə bu təklifdən sonra yerində donub qalmışdı. B Seriyasında yaxşı pul qazanırdı. “Trapani” hazırda C Seriyasına düşüb. Bu isə planlara daxil deyil. Qərarımızı verəcəyik”.

Qeyd edək ki, İtaliya mətbuatı “Qarabağ”ın Çitroya 3 illik müqavilə və illik 300 min avroluq maaş təklif etdiyini yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43