02 Oktyabr 2024
Kateqoriyasız

“Ağıla gəlməyən oyunlarda xallar itirdik” – “Zirə”nin kapitanı

“Kəpəz”lə görüşdə hər şey biz istədiyimiz kimi idi. Oyun başlayandan topa nəzarət edirdik. Hesabı da biz açdıq. Sonra isə hər şey məlumdu. İki qırmızı vərəqənin ardından hesabda geriyə düşdük. İkinci hissə isə yenidən özümüzə gəldik. Kəsərli hücumlarımız da oldu və hesabı bərabərləşdirdik”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin kapitanı Qismət Alıyev “Kəpəz” oyunu barədə danışarkən deyib.

26 yaşlı futbolçu “Zirə”nin iki qırmızı vərəqə almasından və hakim qərarının oyunun nəticəsinə təsir edib-etməməsinə də münasibət bildirib:

“Hakimlər barədə çox danışmaq istəmirəm. Məlumdur ki, görüşdə iki “qırmızı” aldıq. Matçın ardından epizodlara baxanda bəlkə də onların haqqlı olduğunu düşünürsən. Coşqun Diniyevin qayda pozuntusu etdiyi epizodda videoda tam dəqiq baxmaq olmur. İkinci “qırmızı” isə düzgün qərar idi”.

Alıyev “Zirə”nin fasiləyə dördüncü pillədə yollanması və komandanın hədəfləri barədə də söz açıb:

“Çempionata yaxşı başlamışdıq. Ağıla gəlməyən oyunlarda xallar itirdik. Dördüncü pillədə olmağımız barədə nə pis, nə də yaxşı nəsə demək olmur. Ancaq hazırda yaxşı formadayıq. Kaş ki, birinci dövrə bitməzdi, belə də davam edərdik. Hamı kimi biz də yuxarı pillələrə oynamaq niyyətindəyik. Rəhbərlik də istəyər ki, komanda yaxşı çıxış etsin, Avroliqaya oynasın”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43