26 Avqust 2019
Kateqoriyasız

“Ağıllı oynasaq, “Neftçi”ni keçərik” – “Bney Yehuda”nın futbolçusu

“Bney Yehuda”nın futbolçusu Din Mori Israil mətbuatın verdiyi açıqlamada “Neftçi” ilə keçirəcəkləri oyun haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, mərhələni keçəcəklərinə inandıqlarını bildirib:

“Baş məşqçimiz bizimlə görüşdə “Neftçi” ilə Bakıdakı oyunu təhlil etdi. O, bizə matçın ilk yarısının videosunu göstərdi və tapşırdı ki, daha yaxın oynamaq və konsentrasiyanı ikiqat artırmaq lazımdır. İndi bizdən gözləntilər daha çoxdur. Bizim üçün çox vacib oyundur. Ağıllı oynasaq, “Neftçi”ni keçərik”.

Xatırladaq ki, Bakıda “Bney Yehuda” ilə  2:2 hesablı heç-heçə edən “Neftçi” sabah Təl-Əvivdə cavab matçına çıxacaq.

Oxşar xəbərlər

İnfantino DÇ 2022 barədə maraqlı açıqlamalar edib

admin

Turun oyunçusu – Abdullah Zubir

admin

“Keşlə”də ukraynalı futbolçu

admin