Kateqoriyasız

“Ağlamamaq üçün özümü güclə saxladım” – Müşfiq Hüseynov

“Qarabağ”ın veteran futbolçusu, klub tarixinin ən yaxşı bombardiri Müşfiq Heüseynov bir müddət öncə Ağdama, “İmarət” stadionuna səfəri barədə təəssüratlarını bölüşüb.

O, Niderlandın “de Volkskrant” nəşrinə deyib:

“Mən əvvəlcədən düşünürdüm ki, yenidən Ağdama qayıdanda xoşbəxt olacağam. Həmin an yetişəndə isə ağlamamaq üçün özümü güclə saxladım. Mən yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Doğma şəhərimə və “İmarət”ə qayıtmışdım. Mən bilmirəm, biz yaşayış və oynamaq üçün ora nə vaxt dönəcəyik. Çünki bölgədə çoxlu mina var, yeni stadion, məşq meydançası tikilməlidi. İndi orda hər şey dağıdılıb. Bizim “İmarət”dəki son oyunlarımızdan birində yaxınlıqdakı əraziyə raket düşmüşdü. Xatırlayıram ki, o vaxt rəqib komanda qorunmaq üçün yerə uzanmışdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43