İdman

“Ağrılarım yoxdur” – Teymur Rəcəbov

Teymur Rəcəbov  koronavirus pandemiyasına görə özünü təcrid edib.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı  qrossmeyster sosial şəbəkə hesabında bu barədə ətraflı məlumat verib:

“Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm. Sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdur, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, “Instagram” vasitəsilə nüfuzum daha da artır”.

Rəcəbov koronavirusa görə martın 15-də Sankt-Peterburqda keçirilən iddiaçılar turnirindən imtina edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43