25 Fevral 2020
Kateqoriyasız

“Ağsu” birinci diviziondan uzaqlaşdırıldı

“Ağsu” futbol klubu birinci diviziondan uzaqlaşdırılıb.

Bu barədə PFL-in rəsmi saytı xəbər yayıb.

Klub rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini Peşəkar Futbol Liqasına yazılı şəkildə bildirib. Vəziyyəti nəzərə alan PFL “Ağsu” futbol klubunu Azərbaycan birinci divizionundan kənarlaşdırmağı qərara alıb. Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.

Oxşar xəbərlər

“Azərbaycan kimi zəif rəqib görməmişdim”

admin

BATE-nin futbolçusu: “PSV haqda düşünmürük.”

admin

UEFA “Dinamo”nu cəzalandırdı: “Qəbələ” ilə oyundakı irqçiliyə görə

admin