l Divizion

“Ağsu”nun futbolçusu: “Rəqib yorulmuşdu”

“Birinci hissədə istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Hesabı açsaq da, yenə qol vurmaq istəyirdik, amma alınmırdı. İkinci hissədə öz oyunumuzu tapdıq. Rəqib fiziki cəhətdən yorulmuşdu. bundan maksimum istifadə edib qollar vurduq”.

Bu sözləri I Divizionun XIV turunda keçirilən “Ağsu” – “Bakılı” matçından (7:0) sonra qalib komandanın ən aktiv futbolçularından biri olan Ömər Mahmudzadə idmanxeber.com-a açıqlamasında deyib.

O, gələcək oyunlarda daha yaxşı oynayacaqlarını da vurğulayıb:

“Komandada mən də daxil olmaqla hamı bir nəfər kimi can yandırır. Çalışıram ki, oyunumla komandama kömək edim. İnanıram ki, belə davam edəcəyimiz təqdirdə, mövsüm sonunda medalçılar sırasına düşə biləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43