İdman

Akrobatlar və batutçular medallar uğrunda mübarizə aparacaqlar

7-8 noyabr tarixlərində Akrobatika gimnastikası üzrə 23-cü Bakı Çempionatı, həmçinin Batut gimnastikası və tambliq üzrə 14-cü Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışları keçiriləcək.

İdmanxeber.com xəbər verir ki, akrobatların start verəcəyi yarışların ilk günü qadın cütlükləri (uşaqlar – 2000-2007-ci il təvəllüdlü), kişi cütlükləri (böyüklər – 2002-ci il təvəllüdlü və daha böyüklər), qarışıq cütlüklər (böyüklər – 2002-ci il təvəllüdlü

 və daha böyüklər, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) və qadın qrupları (yeniyetmələr 1998-2006-ci il təvəllüdlü, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) medallar uğrunda öz qüvvələrini sınayacaqlar.

50-dən çox idmançının iştirak edəcəyi yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” idman klubu və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunacaq.

Yarışların ikinci günü isə batut və tamblinqçilərin çıxışları ilə davam edəcək. Kiçiklər (2008-2010-cu il təvəllüdlü), uşaqlar (2006-2007-ci il təvəllüdlü), balacalar (2003-2005-ci il təvəllüdlü), böyüklər (1999-cu il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında 30-dan çox batutçu və balacalar (2007-ci il təvəllüdlü və daha kiçik), yeniyetmələr (2003-2006-cı il təvəllüdlü), gənclər (2000-2002-ci il təvəllüdlü) və böyüklər (1999-cu il təvəllüdlü və daha böyük) yaş kateqoriyasında isə 20-dən yuxarı tamblinqçi öz çıxışları ilə Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” klubunu təmsil edəcəklər.

Yarışları Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında canlı yayım vasitəsilə izləmək mümkün olacaqdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43