Kateqoriyasız

Albaniyalı futbolçu “facebook”dan səsləndi: “Hər zaman “Qarabağ”

“Qarabağ” Ansi Aqolli ilə yeni bir illik müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, albaniyalı futbolçu Ağdam klubunda karyerasını davam etdirəcəyindən sevincini “facebook”da fanatları ilə bölüşüb. 

O, belə yazıb: 

“Klubumla daha bir illik müqavilə bağladım. İnanıram ki, yeni mövsümdə də komandama yeni titullar qazanmağa kömək edə biləcəyəm. Hər zaman “Qarabağ”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43