08 Sentyabr 2024
Dünya futbolu

Aleksandr Çertoqanov: “Qarabağ” bu rəqibinə uduzmayacaq”

“Dnepr”in müxtəlif turnirlərdəki çıxışını izləyirəm. Amma mənə elə gəlir ki, “Qarabağ” bu rəqibinə uduzmayacaq. “Qarabağ” güclü komandadı. Deməzdim ki, ukraynalılar indi daha güclüdülər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Sumqayıt”ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov “Qarabağ”ın “Dnepr”lə oyunu öncəsi  Ukrayna mətbuatına açıqlamasında söyləyib:

“Qurban Qurbanovun yetirmələri top saxlamağı yaxşı bacarırlar, daha çox yerlə oynayırlar. Müdafiəçilər də texnikalıdılar, müdafiədən hücuma sürətli keçməyi bacarırlar. Kollektivdə həmişə yaxşı atmosfer hökm sürür. “Qarabağ”ın aparıcı oyunçuları Reynaldo və Riçard Almeydadı. Rəşad Sadıqovu da qeyd edərdim. O, həm klubda, həm də yığma komandada kapitandı. Qapıçıları – İbrahim Şehiçlə Fərhad Vəliyev səviyyəli oyunçulardı və hər ikisi sabit çıxış edirlər, böyük təcrübəyə malikdilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43