Kateqoriyasız

Aleksandr Səmədov Azərbaycanda oynaya bilər – “Bu haqda düşünürəm”

“Krılya Sovetov”dan ayrılan Aleksandr Səmədov karyerasını ölkəmizdə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi “azerisport”a açıqlamasında Azərbaycandan təklif aldığını təsdiqləyib. Ancaq o, hələlik son qərarını vermədiyini söyləyib:

“Klubun adını çəkməyəcəyəm. Çünki indiki mərhələdə bunu demək qeyri-etik olar. Amma mənim həqiqətən belə bir variantım var. Hazırda Azərbaycan klubundan aldığım təklifi düşünürəm. Açığı, hələlik hər hansı qərar qəbul etməmişəm. Düşünmək üçün vaxt lazımdır.”

Qeyd edək ki, A.Səmədov bu ilin yanvarında Moskva “Spartak”ından azad agent kimi “Krılya Sovetov”a keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43