Kateqoriyasız

Aleksandr Səmədov bu Azərbaycan klubundan təklif alıb

“Krılya Sovetov”dan ayrılan Aleksandr Səmədovun karyerasını Azərbaycanda davam etdirə biləcəyi ilə bağlı məlumat vermişdik.

Bu klubların ya “Qarabağ”, ya da “Neftçi” olacağı həm mətbuatda, həm də futbol ictimaiyyəti arasında fikir kimi səslənirdi. Ancaq Səmədov bu iki klubdan təklif almayıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, Rusiya millisinin üzvü “Sabah”dan təklif alıb. Avropa Liqasının “Arsenal” – “Çelsi” finalı üçün Bakıya gələn təcrübəli futbolçu “Sabah”dan təklif alıb. Onun bu təklifə “hə” deməsi gözlənilir

Yaxın günlərdə Səmədovun “Sabah”ı seçib-seçməməsi bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43