İdman

Aleksandr Səmədov qaydasız döyüşə başlayacaq

Rusiyanın “Spartak” kollektivində top qovan əslən Azərbaycanlı Aleksandr Səmədov futboldan başqa maraqlandığı digər idman növü ilə bağlı danışıb.

İdmanxeber.com-un məlumatına görə, Səmədov qaydasız döyüşün ona maraqlı olduğunu və gələcəkdə bu idman növü ilə məşğul olmaq istədiyini söyləyib: “

“Karyeramı bitirdikdən sonra qaydasız döyüşlə məşğul olacam. İdmançı uzun illər gündəlik məşqlərdən sonra çox asanlıqla formasını itirir. Qaçış cığırına çıxmaq, müəyyən alətlərlə işləmək mənlik deyil. Bütün bunlardan yorularam. Özümə sual vermişəm və müəyyən etmişəm ki, qaydasız döyüş məni cəlb edir. Karyeramı bitirdikdən sonra bu idman növü ilə məşğul olacam”.

Qeyd edək ki, 33 yaşlı futbolçu ötən ildən “Spartak”da çıxış edir. O, karyerası ərzində “Lokomotiv”, “Moskva” və “Dinamo” kimi klublarda forma geyinib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43