Ölkə futbolu

Aleksandr Səmədov: “Söhbətimiz isə futbol yox, başqa mövzularda idi”

Rusiya millisinin əslən azərbaycanlı olan futbolçusu Aleksandr Səmədov millimizə qarşı keçirilən son oyunla bağlı yenə açıqlama verib.
Səmədov, "İnvestiya" qəzatinə müsahibəsində bunları deyib:

“Hamı başa düşürdü ki, oyun gərgin keçəcək və biz güclü pressinq altında olacağıq. Matça biz nəzarət edirdik,  hesabda 1:0 öndəydik, amma sonda qol buraxdıq. Allaha şükür ki, hər şey yaxşı qurtardı. Azarkeşlərdən isə incik deyiləm. 

O, oyun bitəndən sonra millimizin üzvləri ilə arasında olan dialoqa da toxunub: "Biz normal qaydada danışdıq. Söhbətimiz isə futbol yox, başqa mövzularda idi”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43