Kateqoriyasız

Aleksey Baqa: “Oyunun həyəcanını hiss edirik”

Baqa sabahkı oyundan danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında “Qarabağ”ı qəbul edəcək BATE komandasının baş məşqçisi Aleksandr Baqa oyundan öncə mətbuat konfransı keçirib. O, qarşılaşma barəsində təmkinli danışaraq, hələ heçnəyin bitmədiyini bildirib:

“Biz hələ heçnəyə nail olmamışıq. Matçın önəminin fərqində olacaq qədər təcrübəyə sahibik. Oyunun gərginliyini və həyəcanını hiss edirik. Düşünürəm ki, “Qarabağ” bu oyuna daha fərqli sistemlə hazırlaşır. Onların bütün variantlarına hazır olmalıyıq. 90 dəqiqə pressinq etmək fikrindəyik. Bu, futbolda mümkünsüz kimi görünsə də, biz bunu edəcəyik. “Qarabağ”ın yaxşı heyəti var və onlar ilk dəqiqlərdən hücuma atılıb, qol vurmaq istəyəcəklər.”

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43