Kateqoriyasız

Aleksey Baqa “Sumqayıt”ın məğlubiyyəti haqda nə dedi?

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 16-cı turunun təxirə salınmış oyununda səfərdə “Qarabağ”a 0:5 hesabı ilə məğlub olub.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Aleksey Baqa jurnalistlərin suallarını cavablandırıb:

– Rəqibin ustalıq səviyyəsini, daxili arenada və avrokuboklarda necə təzyiq göstərdiyini bilərək buna qarşı oyun qurmağa çalışdıq. Bununla yanaşı bu gün kifayət qədər səhv etdik. Həmin səhvlər də həlledici oldu. Belə komanda ilə oyunda nəticə əldə etmək üçün mütləq yaxşı təşkil olunmuş oyun, aqressiya və müdafiədə dəqiq oynamaq lazımdır.

– Belə bir xəbər var ki, “Sumqayıt” Riçard Almeyda ilə maraqlanır. Bu, nə dərəcədə doğrudur?

– Hələ ki, hansısa futbolçu ilə bağlı şərh verə bilmərəm. Çünki, mövsümün sonuna kimi iki oyunumuz var. Bu iki oyunu ləyaqətli şəkildə keçirib mövsümü başa vurmalıyıq. Yalnız bundan sonra transferlər və digər məsələlər haqda danışa bilərik. Bu gün belə xəbərləri şərh etməyin mənası yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43