Dünyadan

Aleksis yenə “Arsenal”ın ən yaxşısıdır

Aleksis Sançes oktyabr ayının nəticələrinə görə, “Arsenal”ın ən yaxşı futbolçusu seçilib.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlərin 90 faizi çilili futbolçuya səs verib. Deniel Uelbek fanatların 4,5 faizinin, Kiran Qibbs isə 1,4 faizinin etimadını qazanıb.

Qeyd edək ki, Sançes sentyabr ayında da London klubunun ən yaxşısı seçilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43