28 Fevral 2024
Dünya futbolu

Ali Koç: “Lazım gəlsə 5 il Avrokuboklarda olmayacayıq”

“Fənərbaxça”nın prezidenti Ali Koç maraqlı açıqlamalar edib

 İdmanxəbər.az-ın məlumatına görə, İstanbul təmsilçisinin prezidenti Ali Koç iş adamları dərnəyində klubun gələcəyi ilə bağlı maraqlı açıqlamalar edib. O, klubun bəlli bir sisetem içərisində və planlı şəkildə idarə edilməli olduğunu vurğulayıb:

“Əslində hər şey başdan-aşəğı dəyişməlidir. “Fənərbaxça” öz maliyyə dəstəyini özü yaratmalıdır. Böyük klublar marka şirkətlərə sponsorluq üçün yalvarmamalı, əksinə onlar klublarla çalışmaq istəməlidirlər. Hazırda çox yüklü miqdarda borcun altındayıq. Bunu düzətmək üçün hər şeyi edəcəyik. Bu işlər zamanla həyata keçir. Əgər lazım gələrsə 5 il Avropada çıxış etməyəcəyik. Ancaq bəlli bir sistem və davamlılıq yaratmalıyıq”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43