Dünya futbolu

Alleqri 2020-ci ilə qədər “Yuventus”da

“Yuventus” klubu baş məşqçisi Massimilano Alleqri ilə müqaviləni uzadıb.

İdmanxeber.com-un məlumatına görə, yeni müqavilə müddəti 2020-ci ilə qədərdir.

Beləliklə, 2018-ci ilin yayında sözləşməsi başa çatacaq Alleqri daha iki il Turin klubunu çalışdıracaq.

Qeyd edək ki, 49 yaşlı mütəxəssis 2014-cü ildən “Yuvetus”un baş məşqçisidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43