Dünya futbolu

Alleqri 300-ə çatdı

Yuventus” dünən gecə keçirilən oyunda səfərdə “Leççe”ni 3-0 hesabıyla məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, bu nəticəylə “qoca sinyora”nın baş məşqçisi Massimiliamo Alleqri İtaliya A seriyasında 300-cü qələbəsini qazanıb. O, Covanni Trapattoni və Nereo Rokkodan sonra bunu bacaran 3-cü mütəxəssis olub.

Alleqri “Yuventus”da 2-ci dönəmini yaşayır. O, “ağ-qaralar”ı 5 dəfə İtaliya çempionu edib və 2 dəfə Çempionlar Liqasının finalına çıxardıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43