Dünya futbolu

Alleqri “Barselona”ya keçmək istəyir

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Barselona”ya öz xidmətlərini təklif edib.

İdmanxeber.com-un məlumatına görə, italiyalı mütəxəssisin nümayəndələri Kataloniya klubunun prezidenti Xosep Bartomeu ilə əlaqə yaradıblar və bildiriblər ki, Alleqri “Barsa”nın təklifini qəbul edərdi.

İspaniya KİV-lərinin xəbərinə görə isə “Barselona”nın baş məşqçisi vəzifəsinə əsas namizədlər Xorxe Sampaoli (“Sevilya”) və Ernesto Valverdedir (“Atletik).

Komandanın hazırkı baş məşqçisi Luis Enrike bu mövsümün sonu tutduğu vəzifədən ayrılacağını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43