20 Sentyabr 2024
Dünya futbolu

Alleqri “Roma”ya “yox” dedi

Massimiliano Alleqri “Roma”nın təklifinə müsbət cavab verməyib.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu təcrübəli mütəxəssislə danışıq aparmaq istəsə də, “yox” cavabı alıb. Alleqri “canavarlar”da işləmək istəməyib.

Təcrübəli çalışdırıcı həmçinin “Milan” klubunun baş məşqçi postuna da  namizəddir. Yerli mətbuat Alleqrinin “qırmızı-qaralar”dan təklif gözlədiyini iddia edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43