Kateqoriyasız

Alman dəqiqliyinə heyran qalan Bəhram Bağırzadə: “Vaqif Cavadov haqqında dediyim sözləri geri götürürəm”

“İnterAz” televiziyasında “Arena” verilişinin növbəti buraxılışı efirə yayımlanıb.

Müəllif və aparıcısı Rüfət Nadirli olan verilişin növbəti qonaqları futbol azarkeşi, “Planet Parni iz Baku” KVN teatrının üzvü Bəhram Bağırzadə və idman müxbiri Şəmsəddin Abbasov olub.Verilişdə Bəhram Bağırzadə millinin oyunlarına toxunub, Berti Foqtsun postunda qalmasının tərəfdarı olub. O Vaqif Cavadov haqqında danışaraq neçə il öncə dediyi sözü geri götürdüyünü vurğulayıb :

“Mən bir neçə il öncə Vaqif Cavadovla bağlı kəskin çıxış etmişdim, belə bir futbolçu tanımıram demişdim.Amma artıq sözlərimi geri götürürəm. Artıq mən onu futbolçu kimi görürəm. Mən o zaman o sözləri deyəndə əsəbi idim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43