04 Dekabr 2023
Kateqoriyasız

Alman fanatlar Bakıya gəlmək üçün can atır: “Ayntraxt” çıxılmaz vəziyyətə düşdü

Avropa Liqasının pley-off mərhələsi çəçivəsində Bakıda Tofiq Bəhrəmov adına Respublika stadionunda “Qarabağ”la qarşılaşacaq “Ayntraxt”ı dəstəkləmək üçün ölkəmizə 800-ə yaxın alman fanatın gəlməsi gözlənilir.

Öncədən də xəbər verdiyimiz kimi elan olunan “kampaniya”ya maraq olduqca böyükdü. Bunun məntiqi nəticəsi kimi Bakıya 160 nəfərlik təyyarəyə biletlər 4 saat ərzində satılıb və klub müraciətlərin sayını nəzərə alaraq daha bir təyyarə sifariş edib. 

Qeyd edək ki, Frankfurt təmsilçisinin azarkeşləri oyundan bir gün öncə, yəni sabah Bakıya gələcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43