Dünya futbolu

Alman məşqçi: “Rüfət bizim aparıcı oyunçumuzdur”

“Proyssen”in baş məşqçisi Marko Antverpen “Bild” nəşrinə müsahibə verib. Almaniyalı mütəxəssis komanda millimizin  hücumçusu Rüfət Dadaşovla da bağlı danışıb:

“Bizim yaxşı kollektivimiz və güclü komandamız var. İkinci dövrə üçün hazırlıqlarımız davam edir. Rüfət Dadaşov bizim aparıcı oyunçumuzdur. Yanvarın 26-da yeni ilin ilk rəsmi matçında “Karl Zeys Jena”nın qonağı olacağıq. Artıq həmin görüşün heyətini beynimdə qurmuşam. Yoxlama görüşlərində isə digər oyunçulara özlərini göstərmək üçün çox oyun şansı verəcəm”.

“Proyssen” Almaniya 3-cü Bundesliqasında 20 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşır.

Oxşar xəbərlər

Nedved Ronaldoya görə hakimlərin otağına hücum edib

admin

Millətlər Liqasında ikinci tura yekun vurulur

admin

“Qəbələ” cavab oyununa çıxır

admin