Dünya futbolu

Alman nəhəngindən Lionel Messiyə fantastik təklif!

İspaniya mətbuatı "Barselona"nın ulduz futbolçusu Lionel Messi ilə bağlı maraqlı iddia ortaya atıb.

İddiaya görə, Pepe Qvardiolanın çalışdırdığı "Bavariya" klubu Messini transfer etmək istəyir və bunun üçün qarşı tərəfə 250 milyon avro təklif edib.

Mənbədə qeyd olunur ki, əgər alman təmsilçisi argentinalı futbolçu ilə anlaşsa, 250 milyon avronun yarısını "Adidas" şirkəti ödəyəcək.

Gündəmə bomba kimi düşən bu xəbərə "Barselona" tərəfi heç bir reaksiya verməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43