29 Sentyabr 2024
İdman

Almaniya – Azərbaycan: biletlər satışda

DÇ-2018-in seçmə mərhələsinin oyunları çərçivəsində baş tutacaq Almaniya – Azərbaycan oyununun biletləri artıq satışdadı.
İdmanxeber.com-un məlumatına görə, biletlərin qiymətləri 4 kateqoriya üzrə müəyyənləşib. Azarkeşlər 25 avrodan 80 avroya qədər 4 müxtəlif qiymətə bilet əldə edə bilərlər.
6 yaşdan aşağı uşaqlar üçün biletin qiyməti 10 avrodur. 7 yaşdan yuxarı uşaqlar, tələbələr və yaşlılar üçün qiymətlərdə 50 faiz endirim edilib. Həmçinin əlillər, görmə qabiliyyəti zəif olanlar və onları müşayiət edən insanlar da 10 avro xərcləməli olacaqlar.
 
Qeyd edək ki, Almaniya – Azərbaycan görüşü oktyabrın 8-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43