İdman

Almaniya – Azərbaycan matçının başlama saatı artıq məlumdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2019-un seçmə mərhələsindəki 3-cü oyununun vaxtı dəqiqləşib. İdmanxeber.com-un məlumatına görə, Almaniya ilə oktyabrın 6-da keçiriləcək matçın başlama saatı açıqlanıb. Kotbus şəhərindəki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşma “Freundşaft” stadionunda baş tutacaq.
Qeyd edək ki, seçmə mərhələnin 5-ci qrupunda çıxış edən millimiz ilk iki oyununda İsrail və İrlandiyaya eyni – 1:3 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43