Milli komanda

Almaniya – Azərbaycan oyunu canlı yayımlanacaq

21 yaşlı futbolçuların Avropa Çempionatı çərçivəsində millimiz noyabrın 13-də səfərdə Almaniya ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Regensburq şəhərində keçiriləcək qarşılaşma ölkəmizdə canlı yayımlanmasa da, nüfuzlu “Eurosport” kanalı qarşılaşmanı azarkeşlərə birbaşa nümayiş etdirəcək.

Qeyd edək ki, “Continental Arena” da baş tutacaq matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

13 noyabr

21:00 Almaniya – Azərbaycan – Eurosport


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43