15 Oktyabr 2024
Maqazin

Almaniya futbolunda seks qalmaqalı

Almaniya futbolunda seks qalmaqalı baş verib.

“Berliner Zeitung”a istinadən verdiyimiz məlumata görə, “Herta”nın futbolçularının yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduqları üzə çıxıb.

 

16 yaşlı qız jurnalistlərə bildirib ki, futbolçularla cinsi əlaqə qarşılığında onlardan pul alıb. O, etdiklərindən peşman olsa da, oyunçuların öz həyat yoldaşları və rəfiqələrinə xəyanətlərindən təəccübləndiyini deyib. Azyaşlı futbolçularla avtoqraf sessiyası zamanı tanış olub. Həmin vaxt onlar bir-birilərinin telefon nömrələrini götürüblər. Tezliklə qız oyunçulardan SMS-lər alıb. Onlardan biri azyaşlıya oral seks qarşılığında 1000 avro təklif edib. Digəri cinsi orqanının şəkillərini göndərib.

 

Azyaşlının sözlərinə görə, görüş zamanı futbolçulardan biri ondan yaşını və yetkinlik yaşına çatmadığına əmin olması üçün şəxsiyyət vəsiqəsini soruşub. Lakin qız qarşısındakını yetkinlik yaşına çatmayan deyil, 19 yaşının olduğuna inandıra bilib.

 

Qalmaqalda iştirak etmiş futbolçuların adları açıqlanmır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43