Kateqoriyasız

Almaniya klubu millimizin futbolçusu ilə danışıqlara başlayıb

Almaniyanın “Ertsgebirge” klubu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovla danışıqlara başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Aue təmsilçisi 32 yaşlı hücumçunu komandada saxlamaq istəyir.

Klub prezidenti Helge Leonhardt müqaviləsi başa çatan 12 oyunçudan 7-nin komandada qala biləcəyini söyləyib. Rəhbərlik heyətdəki bir neçə təcrübəli futbolçunu saxlamaq niyyətindədir. Lakin hələlik onların heç biri ilə razılıq əldə olunmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43