Dünya futbolu

Almaniya mətbuatı: “Lövün bacarıqsızlığı”

Löv Almaniya mətbuatını iki yerə bölüb

Dünya Çempionatında qrupdan çıxa bilməyən Almaniyanın uğursuz gedişatı Millətlər Liqasında da davam edir. Ardıcıl gələn Hollandiya və Fransa məğlubiyyətləri ölkə mətbuatında heç də birmənalı qarşılanmayıb. İdman mətbuatının böyük bir qismi baş məşqçi Yoahim Lövü tənqid edərkən bir tərəf də ona dəstək olub.

Narazı təbəqə “Lövün bacarıqsızlığı” başlığını önə çıxaraq təcrübəli mütəxəssisi tənqid edib. Lövün gənc oyunçulara şans verilməsini önə çıxaran dəstəkçilər isə “İlin ən yaxşı məğlubiyyəti” başlıqlı məqalə dərc ediblər. Yazıda milli komandanın məğlubiyyətindən daha çox gənc oyunçuların yaxşı oyunu və baş məşqçinin doğru yolda olduğu qeyd edilib.

Qeyd edək ki,  Millətlər Liqasında Almaniyanın 3 oyundan sonra aktivində 1 xal var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43