Dünya futbolu

“Almaniya millisi həmişə favoritdir” – Manuel Noyer

Almaniya yığmasının qapıçısı Manuel Noyer Avropa çempionatındakı şanslarını dəyərləndirib

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli qolkiper Almaniya yığmasının turnirin favoriti olduğunu açıqlayıb:

“İnanılmaz atmosfer, dolu stadionlar. Evimizdə belə bir turnirin keçirilməsi məni çox sevindirir. Almaniya millisi həmişə favoritdir, amma üzərində işləyəcəyimiz şeylər var”.

Avro-2024-ün qrup mərhələsinin ilk iki turunda Almaniya Şotlandiyanı (5:1) və Macarıstanı (2:0) məğlub edib. Final görüşündə Julian Nagelsmanın komandası İsveçrə yığması ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43