Dünya futbolu

Almaniya millisində daha bir itki

Martın 26-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Almaniya yığması daha bir itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, almanlar millimizə qarşı oyunda yarımmüdafiəçi Yulian Vayqlın köməyindən istifadə edə bilməyəcəklər. Buna səbəb futbolçunun zədələnməsidir.

Dortmund “Borussiya”sının 21 yaşlı futbolçusunun Bakıya gətirilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Almaniya millisi Manuel Noyer, Mario Qötse, Marko Roys, Jerom Boatenq və Timo Vernerin də köməyindən yararlana bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43