Dünya futbolu

Almaniya millisinin Bakıya gələcəyi vaxt müəyyənləşdi

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-ı millimizlə qarşılaşacaq Almaniya yığmasının Bakıya gələcəyi tarix müəyyənləşdi.

İdmanxeber.com-un məlumatına görə, Bundestim martın 24-ü Bakı vaxtı ilə 17:35-də çarter reysli ilə Düsseldorfdan Bakıya gələcək. Yoahim Lövün komandası iki gün “Boulevard Hotel”də qalacaq.

Almaniya millisi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək.

Martın 26-ı saat 20:00-da başlanacaq qarşılaşma bitdikdən Almaniya millisi vətəninə qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43