Dünya futbolu

Almaniya millisinin əsas heyətində itkilər var

Almaniya millisi “Avro-2016″dakı yarımfinal matçına itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Yoahim Lövün 3 əsas heyət oyunçusu sıradan çıxıb.

Bunlar Mats Hummels, Mario Qomez və Sami Xediradır. Hummels 2-ci sarı kartı aldığına görə, Qomez və Xedira isə zədələndiklərinə görə iyulun 7-dəki oyunu buraxmalı olacaqlar.

Almaniyanı yarımfinalda Fransa – İslandiya cütünün qalibi ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43