İdman

Almaniya millisinin qrupda qalmasına Ərdoğan səbəb olub?

Son çempion Almaniya millisinin DÇ-2018-də qrupda qalması haqda söz-söhbətlər səngimək bilmir.

“Bundestim”in bir çox azarkeşi uğursuzluğa əsas səbəb kimi Mesut Özil və İlkay Gündoğanı görürlər. Almaniyanın məşhur ZDF telekanalı da bu fikirdədi.

Verilişlərin birində türkəsilli futbolçuların dünya çempionatından öncə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşməsinin yığmanın oyununa ciddi təsir etdiyi vurğulanıb. Bildirilib ki, bu hadisə komanda daxilində ab-havanı korlayıb, həmin futbolçuları böyük təzyiq altında qoyub və millinin düzgün oynaya bilməməsinə səbəb olub.

DÇ-dən öncəki yoxlama matçlarında bu hərəkətə görə hər iki futbolçu azarkeşlər tərəfindən fitə basılmışdı. Yerli federasiya da milli üzvlərinin başqa ölkədə siyasi propaqanda vasitəsinə çevrilməsinə (hadisə Türkiyədə prezident seçkiləri ərəfəsində baş vermişdi – red.) kəskin reaksiya göstərmişdi. Cənubi Koreyaya məğlubiyyətdən (0:2) sonra isə azarkeşlər Mesut Özilə sərt şəkildə etiraz bildiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43