Dünya futbolu

Almaniya millisinin üzvü 6 aylıq sıradan çıxdı

“Borussiya”nın yarımmüdafiəçisi Marko Roys Almaniya kubokunun “Ayntraxt”a qarşı keçirilən final matçında ciddi zədə alıb.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı futbolçu matçın ilk hissəsində zədələnib. Fasilədən sonra isə futbolçu əvəzlənib.

Roysun çarpaz bağlarında zədə olduğu bildirilir. Əgər bu ehtimal təsdiqlənərsə, o zaman Dortmund klubunun oyunçusu 6 ay yaşıl meydanlardan kənarda qala bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43