Milli komanda

“Almaniyanın Azərbaycana qalib gələcəyini gözləyirəm” – Şimali İrlandiyanın baş məşqçisi

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Şimali İrlandiya komandasının baş məşqçisi Maykl O’Nil ölkəsinin mətbuatına açıqlama verib.

İdmanxeber.com-u  məlumatına görə, təcübəli mütəxəssis martın 26-da – Şimali İrlandiya – Norveç matçı ilə eyni gündə keçiriləcək Azərbaycan – Almaniya görüşü barədə fikrini açıqlayıb:

“Almaniyanın bu matçda qalib gələcəyini gözləyirəm. Ona görə də əgər biz Norveçi məğlub etsək, Azərbaycanla aramızda 3 xal fərq yaranacaq. Yəni bizim ikinci pillədə mövqeyimizi gücləndirməyimiz realdır. Odur ki, biz Norveçə mütlə qalib gəlməliyik. Bundan sonra isə oyunçularımızın fikri iyunda Azərbaycanla keçiriləcək oyuna yönələcək”.

Xatırladaq ki, DÇ2018-in C qrupunda yarışan Şimali İrlandiya və Azərbaycan 4 turdan sonra 7 xalla 2-3-cü yerləri bölüşdürürlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43