Milli komanda

Almanlarla oyun öncəsi hər şey Azərbaycan naminə: “Azerbaijan United”

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Almaniya ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, martın 26-da keçiriləcək görüşə maraq olduqca böyükdü. Belə ki, oyun gününə kimi bütün biletlərin satılacağı gözlənilir. Bundan başqa sözügedən matç dünyanın 10-dan çox ölkəsində canlı yayımlanacaq.

Tofiq Bəhrəmov adına Respublika stadionuna dünya çempionlarına qarşı baş tutacaq matça azarkeşlərimiz də ciddi hazırlaşır. Artıq ötən gündən etibarən ölkənin qabaqcıl azarkeş qrupları bir araya gələrək milli naminə birləşib. Stadionun "E" sektorunda qərarlaşacaq azarkeş qrupları "Azerbaijan United" adı altında birləşib. Oyundan bir neçə saat əvvəl yürüş təşkil olunacaq.

Həmin azarkeş qrupları aşağıdakılardı:

"Sector 11"

"Caspian Ultras"

"İmarət Tayfa"

"Forza Neftçi"

"The Capital"

"Qarabağ Ordusu"

"Red-Black Army"

"Bakı Kartalları"

"AC Milan Azerbaijan"

Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43