İdman

Almeyda 2 illik müqavilə bağladı

Azərbaycan millisinin üzvü Riçard Almeydanın yeni klubu müəyyənləşib. İdmanxeber.com-un məlumatına görə, o, karyerasını Qazaxıstanda davam etdirəcək.

Milliləşdirilmiş futbolçu “Astana” ilə münasibətlərini rəsmiləşdirib. Məlumata görə, təcrübəli yarımmüdafiəçi “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı yeni klubu ilə 2 illik müqavilə imzalaylb.

Almeyda 2012-ci ildən “Qarabağ”da çıxış edirdi. O, ötən mövsümün sonunda Ağdam klubundan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43