Dünya futbolu

Almeyda “Astana”da 10-luğa düşmədi

“Astana” 2018-ci ilin ən yaxşı futbolçusunu seçib.

Jurnalistər arasında keçirilən sorğunun nəticəsinə görə Qazaxıstan yığmasının da əsas qapıçısı olan milliləşdirilən serbiyalı legioner Nenad Eriç birinci olub.

Xorvatiyalı yarımmüdafiəçi Marin Tomasov ikinci, Baxtiyar Zaynutdinov isə üçüncü olub. “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Pedro Enrike 8-ci yeri tutub.

Millimizin yarımmüdafiəçisi Riçard Almeyda isə ilk 10-luğa düşə bilməyib.

Qeyd edək ki, bu yay “Qarabağ”dan “Astana”ya keçən Almeyda və Enrike paytaxt klubunda mövsümün 2-ci yarısından çıxış ediblər.

Oxşar xəbərlər

Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

admin

Hamı onu istəyir – “Yeni Kristiano Ronaldo”

admin

“Neftçi” Rumınıya və Çexiya klubları ilə qarşılaşacaq

admin