Dünya futbolu

Almeyda “Atletiko”ya satıldı

2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanan Portuqaliya millisinin üzvü Huqo Almeyda İspaniyanın "Atletiko" (Madrid) klubuna satılıb.

Türkiyə mətbuatına istinadən verdiyimiz xəbərə görə, hazırda "Beşiktaş"da çıxış edən  ulduz futbolçunun  qışda ispanlarla müqavilə imzalayacağı bildirilir. Hələ ki, bu barədə hər iki tərəfdən heç bir rəsmi açıqlama verilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43