Milli komanda

Almeyda birinci, Qarayev ikinci oldu

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun ilk oyun gününün qarşılaşmalarından sonra statistik göstəricilər açıqlanıb.

Siyahıda milli komandamızdan iki oyunçu yer alıb. Qara Qarayevlə, Riçard Almeyda fəqlənənlərdən olub.

Hər iki yarımmüdafiəçi dəqiq ötürmələrin sayında öndədirlər:

1. Riçard Almeyda (Azərbaycan) – 298

2. Qara Qarayev (Azərbaycan) – 276

3. Herolind Şalya (Kosovo) – 253

4. Miloş Velykoviç (Serbiya) – 234

5. Aleksandru Epureanu (Rumıniya) – 233


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43