Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 16-cı turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Riçard Almeydanın formasını geyindiyi “Baniyas” səfərdə “Əl Vahda” ilə qarşılaşıb. Almeydanın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
Futbolçumuz bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.
Qeyd edək ki, “Baniyas” 16 oyuna topladığı 20 xalla 14 iştirakçı arasında 9-cudu.