İdman

Almeyda millimizdə?

“Qarabağ”ın aparıcı üzvü Riçard Almeyda Azərbaycan millisinin şərəfini qoruya bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

“Bildiyiniz kimi, Almeyda artıq 4 il yarımdı ki, Azərbaycandadı. Gələn ilin iyununda onun ölkəmizdə 5 ili tamam olacaq. Yanvardakı görüş zamanı Riçarda millimizdə oynamağı təklif edəcəyik. Əgər razılıq əldə olunsa, Almeyda iyun ayından etibarən Azərbaycan yığmasının formasını geyinəcək”.

Elxan Məmmədov onu da qeyd edib ki, Almeyda ilə ilkin razılıq əldə olunub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43