Milli komanda

Almeyda millimizi tərk etdi

“Qarabağ”ın üzvü Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra millinin düşərgəsindən ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı yarımmüdafiəçinin yığmaya çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub. O, baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu.

Riçard Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FİFA-nın qərarının növbəti aylarda  açıqlanması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43