Dünya futbolu

Almeyda : “Qarabağ”a qayıdıram demədim”

Millimizin üzvü Riçard Almeyda Qazaxıstan mətbuatına müsahibə verib. O, son günlər “Qarabağ” qayıtmaq istədiyi yönündə çıxan xəbərlərə münasibət bildirib:

“Bu kimi xəbərlərə etibar etməyin. Mən “Qarabağ”a nə vaxtsa qayıdacam demişəm. Bunun yaxın vaxtlarda olacağını bildirmədim. Üstəlik hazırki klubumda hələ iki il müqaviləm var. Sona qədər burada qalmaq istəyirəm”.

Qeyd edək ki, Almeyda mövsümün əvvəlində “Qarabağ”ı “Astana”ya dəyişib.
.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43