Dünya futbolu

Almeyda: “Qarşıma çox qol vurmaq kimi bir məqsəd qoymamışam”

Millimizin üzvü “Astana”da vurduğu ilk qoldan danışıb.

Brazilyalı futbolçu Qazaxıstan çempionatının 27-ci turunun “Akjayık”la səfər matçının 23-cü dəqiqəsində penalti ilə hesabı açaraq cari mövsümdə ilk qolunu vurub.. Oyun Almeydanın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra klub saytına açıqlama verən Almeyda qolu azarkeşlərə həsr etdiyini bildirib:

“Bu qolu azarkeşlərə və ailəmə həsr edirəm. Bütün oyunçular kimi mən də komandama faydalı olmağa çalışıram. Təbii ki, bunu qol vuraraq etdiyimdə daha da fərqli olur.  Ancaq istənilən halda komanda yoldaşlarıma ötürmə etmək də mənim üçün çox vacibdir. Mən qarşıma çox qol vurmaq kimi bir məqsəd qoymamışam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43